MÜSAHİBƏ


Prezidentin köməkçisi: Azərbaycanın minatəmizləmə fəaliyyətlərinə beynəlxalq ictimaiyyət tərəfindən dəstəyin artırılmasına ehtiyac var

Ərazilərimizin kütləvi şəkildə minalanmasında Ermənistanın əsas məqsədi Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında quruculuq və məcburi köçkünlərimizin qayıdışı prosesinə mane olmaq, Azərbaycanın mülki şəxsləri və hərbçiləri arasında maksimum dərəcədə çox xəsarət və ölüm hallarına səbəb olmaq idi. Minanın nə məqsədlə qoyulduğunu hər kəs başa düşür. Yəni, mina nə məqsədlə qoyulmasından asılı olmayaraq, öz qurbanını gözləyir. Təəssüf ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin minalarla kütləvi şəkildə çirkləndirilməsi həyata keçirilib.AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi–Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır