MÜSAHİBƏ


Tahir Budaqov: İki qardaş ölkənin liderləri tərəfindən irəli sürülən təşəbbüslər qlobal cəmiyyətdə böyük imkanlar yaradır

Hər il keçirilən Boğaziçi Sammiti bu gün regionda və ümumiyyətlə beynəlxalq aləmdə çox önəm daşıyan iqtisadi-siyasi platformadır. Bu Sammitdə adətən iş adamları, siyasətçilər, vətəndaş cəmiyyəti institutları bir araya gələrək bəşəriyyət qarşısında, regionda olan əhəmiyyətli məsələləri müzakirə edir, bununla əlaqədar müəyyən əməkdaşlıqlar yaradaraq bu problemlərin həlli istiqamətində fəaliyyət göstərirlər. Builki Sammitin hər birimiz üçün çox vacib olan “Daha yaxşı dünya naminə çağırışlar” mövzusu yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsindən ibarətdir.Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov İstanbulda keçirilən XII Boğaziçi Sammiti çərçivəsində AZƏRTAC-a açıqlamasında bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır