MƏDƏNİYYƏT


Moda paytaxtı Milan

İtaliyanın ikinci böyük şəhəri və Lombardiya regionunun paytaxtı olan Milan yüksək incəsənət mərkəzi sayılır. Milan İtaliyanın şimalında, Padana düzündə, Olona və Lambro çaylarının əhatəsində yerləşir, əhalisi 1,3 milyon nəfərdir. Şəhər dəniz səviyyəsindən 100 metr yüksəklikdə yerləşir. Uzun müddət alman dilində “Maylənd” adlanan Milan sözünün mənası latın dilindən tərcümədə “düzənlikdə məskunlaşma” deməkdir. Milan eramızdan əvvəl 6–5-ci əsrlərdə qallar (fransızlar) tərəfindən salınıb.