Səbinə Əliyeva: Əsrlər keçsə də, biz Ulu Öndərin qarşısında hər zaman baş əyəcəyik
12.12.2021 [16:46]
Xəbərin mətni
"Ulu öndər Heydər Əliyev Azərbaycanın qurucusu və memarı, Azərbaycan xalqının dahi oğludur. Bu gün şərəfli ömrünü xalqımız və dövlətimizin inkişafına həsr etmiş Ulu Öndərin anım günüdür. Əsrlər keçsə də, biz Ulu Öndərin qarşısında hər zaman baş əyəcəyik".
AZƏRTAC xəbər verir ki, bu sözləri Heydər Əliyevin 18-ci anım günündə jurnalistlərə açıqlamasında İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva deyib.