Şahin Mustafayev: Azərbaycan-İran əməkdaşlığında əsas sahələrdən biri də nəqliyyat-tranzit sektorudur
25.01.2022 [15:10]
Xəbərin mətni
Azərbaycan ilə İran arasında çoxşaxəli əməkdaşlıq mövcuddur. Nəqliyyat-tranzit sektoru bu istiqamətdə ən öncül sahələrdən biri hesab olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu yanvarın 24-də jurnalistlərə açıqlamasında İran nümayəndə heyəti ilə birgə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edən Baş nazirin müavini Şahin Mustafayev deyib.