MÜSAHİBƏ


Səməd Seyidov: Bəzi beynəlxalq təşkilatlar kapitulyasiyaya imza atan Ermənistana təsəlli verməyə çalışırlar

Avropa Şurasında, eləcə də müxtəlif beynəlxalq təşkilatlarda müharibədə kapitulyasiya edən Ermənistana hər yolla təsəlli vermək istəyirlər. Bu təsəlli hazırlanan sənədlərdə də əksini tapır. Ermənistanda gedən prosesləri dəstəkləmək, onlara yardım göstərmək və bu istiqamətdə müxtəlif işləri təşkil etmək, hətta məruzələrdə ermənilərin istədiyi formada ifadələrdən istifadə etmək kimi vasitələrə əl atılır.
Bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AZƏRTAC-a müsahibəsində ifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır