Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qlaukoma vaxtında müalicə edilmədikdə korluğa səbəb olur

11.03.2022 [18:05]

Xəbərin mətni

Səhiyyə Nazirliyi, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə Beynəlxalq Qlaukoma Həftəsi çərçivəsində “Qlaukomanın müasir diaqnostikası və müalicəsi” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda Türkiyədən, regionlardan, digər təşkilat və mərkəzdən həkim heyəti iştirak edib.