MƏDƏNİYYƏT


Şəmkirin dağ turizmi üçün əlverişli şəraiti olan Çənlibel kəndindən REPORTAJ

Şəmkirin dəniz səviyyəsindən 1289 metr hündürlükdə yerləşən Çənlibel kəndi əsrarəngiz təbiətə malikdir. Şəmkir-Gədəbəy avtomagistralının üzərində yerləşən bu kənd Şəmkir rayonunun dağlıq ərazisindəki yaşayış məntəqələrindən biridir. Burada əhali əsasən əkinçilik və heyvandarlıqla məşğuldur. Kənd turizm baxımından da əlverişli coğrafi mövqedədir.