Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

AZƏRTAC-ın əməkdaşları üçün icbari tibbi sığorta sistemi mövzusunda təlim keçirilib

01.04.2022 [18:11]

Xəbərin mətni

Ötən ilin aprelin 1-dən Azərbaycanın bütün ərazisində icbari tibbi sığorta sisteminin tətbiqinə başlanılıb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibi sığorta sahəsində maarifləndirmə işini də həyata keçirir. Qurumun ekspertləri kollektivlərdə görüşlər keçirir icbari tibbi sığorta sistemi barədə məlumat verir, sualları cavablandırırlar. Belə görüşlərdən biri aprelin 1-də AZƏRTAC-ın əməkdaşlar ilə aparılıb.