Veliko Turaşvili: Arzu edirəm ki, heç bir ölkədə müharibə olmasın, insanlar sülh şəraitində yaşasınlar
16.04.2022 [10:22]
Xəbərin mətni
Azərbaycanı çox sevirəm və ölkənizə məhəbbətim sonsuzdur.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında erməni işğalından azad olunan Cəbrayıl və Füzuli rayonlarına səfər edən gürcüstanlı müğənni Veliko Turaşvili söyləyib.
Gürcü müğənni Azərbaycan mədəniyyəti ilə maraqlandığını, xüsusilə xalq mahnılarımızı çox sevdiyini bildirib: “Azərbaycan musiqilərindən ibarət albom üzərində işləyirəm. Albomda yer alan xalq mahnılarınızı həm gürcü, həm də Azərbaycan dilində ifa edəcəyəm”.