MÜSAHİBƏ


Fərhad Abdullayev: Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Konstitusiya Məhkəmələri Şurasının yaradılması ölkələrimiz üçün vacib xarakter daşıyır

Türkiyə Konstitusiya Məhkəməsi tərəfindən hər il ənənəvi şəkildə beynəlxalq konfranslar keçirilir. Bundan əvvəl videoformatda görüşlərimiz də olub. Builki tədbir Türkiyə Konstitusiya Məhkəməsinin 60 illik yubileyinə təsadüf edib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyədə səfərdə olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib.