MÜSAHİBƏ


Türkiyənin Baş ombudsmanı: Azərbaycanda ombudsman təsisatının Türkiyədən əvvəl yaranması Heydər Əliyevin insan haqlarına verdiyi yüksək dəyərdir

Azərbaycan və Türkiyə arasındakı dostluğun, qardaşlığın ən gözəl göstəricisi mərhum Heydər Əliyevin söylədiyi “Bir millət, iki dövlət” ifadəsidir. Heydər Əliyev kommunist sistemində formalaşmış siyasi-dövlət xadimi olsa da, hər zaman Azərbaycanın, öz xalqının gələcəyini, müstəqilliyi və inkişafını düşünmüşdür. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra Heydər Əliyev ölkəsi və xalqı qarşısında çox böyük işlər görmüşdür.Bu fikirləri AZƏRTAC-a açıqlamasında İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş ombudsmanı Şərəf Malkoç deyib.