MÜSAHİBƏ


Şamil Ayrım: Mərhum Heydər Əliyev böyük uzaqgörənliklə Azərbaycan-Türkiyə qardaşlığını zirvələrə qaldırıb

Azərbaycanın ümummilli lideri Heydər Əliyevi anadan olmasının 99-cu ilində hörmət və ehtiramla yad edirik. Ruhu şad olsun! Mərhum Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələndə Azərbaycan bütün mənalarda qarışıq günlər yaşayırdı. Bu problemlər böyük uzaqgörənliklə aradan qaldırıldı.Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım bildirib.