Şlomo Moşe Amar: Azərbaycanda gördüyüm qonaqpərvərliyi, tolerantlıq və mehribanlıq mühitini heç yerdə görməmişəm
17.05.2022 [10:03]
Xəbərin mətni
Dünyanın bir çox ölkələrində olmuşam, krallarla, dövlət başçıları ilə görüşmüşəm. Ancaq Azərbaycanda gördüyüm qonaqpərvərliyi, səmimiyyəti, tolerantlıq və mehribanlıq mühitini heç yerdə görməmişəm. Azərbaycan fövqəl ölkədir. Azərbaycan Prezidentinə, xalqına xeyir-dualarımı ifadə edir, minnətdarlığımı bildirirəm.Bu fikirləri Parisdə səfirliyimizin Mədəniyyət Mərkəzində keçirilən Ravvinlərin Konqresində iştirak edən İsrailin baş ravvini Şlomo Moşe Amar AZƏRTAC-a müsahibəsində deyib.