MÜSAHİBƏ


Nazir Teymur Musayev: Səhiyyə sahəsində Türkiyənin təcrübəsini öyrənmək və bəhrələnmək Azərbaycan üçün faydalıdır

Qardaş Türkiyəyə ikigünlük səfər zamanı olduqca səmərəli müzakirələr apardıq. Səhiyyənin bütün sahələrində Türkiyənin təcrübəsini öyrənmək və bəhrələnmək Azərbaycan üçün olduqca faydalıdır.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın səhiyyə naziri Teymur Musayev Türkiyəyə rəsmi səfərin yekunları ilə bağlı açıqlamasında ifadə edib.