MÜSAHİBƏ


Gürcüstan Müsəlmanları İdarəsinin sədri: Ağdamda insanlıqdan uzaq mənzərənin şahidi olduq

Biz neçə gündür Azərbaycanda səfərdəyik. Bu gün Ağdama səfər etmişik. Biz eşitmişdik ki, bu bölgələr öz füsunkar təbiəti ilə tanınıb. Amma təəssüf olsun ki, Ağdam torpağına qədəm qoyan andan ürək ağrısı keçirdik, insanlıqdan uzaq mənzərənin şahidi olduq.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Gürcüstan Müsəlmanları İdarəsinin sədri, şeyx Hacı Ramin İgidov deyib.