MÜSAHİBƏ


Həbib Umutoğlu: Qəlbimizin qapısı Qarabağla açılır, Qarabağla da örtülür

Əcdadlarımız 1830-cu illərdə Qarbağdan Osmanlı ərazisinə köçüblər. Qarabağı unutmadıq, unutmarıq! Qəlbimizin qapısı Qarabağla açılır, Qarabağla da örtülür. Qarabağ zəfərinə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə sidq ürəklə minnətdarıq. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik.Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Əskişəhər vilayətinin Əmirdağ bölgəsində sıx şəkildə yaşayan qarabağlılardan Həbib Umudoğlu ifadə edib.