MÜSAHİBƏ


UNEC-in prorektoru: Azərbaycandakı təhsil islahatlarını və onun nəticələrini tanıtmaq əsas məqsədlərimizdəndir

Əskişəhərdə Azərbaycan mədəniyyət və incəsənət günlərinin keçirilməsi mühüm hadisədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən təhsil islahatlarını və onun nəticələrini tanıtmaq əsas məqsədlərimizdəndir. Azərbaycan Dövlət İqtisad Universiteti olaraq bu kimi təbirlərdə iştirak etməkdə hər zaman maraqlı olmuşuq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) prorektoru Gəray Musayev ifadə edib.