MÜSAHİBƏ


Elçin Əsədov: Doğma Şuşamızın adını daşıyan möhtəşəm turnirdə iştirakdan qürur duyuram

Doğma Şuşamızın adını daşıyan “Əziz Şuşa” beynəlxalq velosiped yarışı kimi möhtəşəm turnirdə iştirakdan qürur duyuram.
Bu sözləri “Əziz Şuşa” beynəlxalq velosiped yarışı zamanı jurnalistlərə müsahibəsində Azərbaycan millisinin və Türkiyənin "Sakarya BB Pro Team" kontinental klubunun üzvü Elçin Əsədov bildirib. O qeyd edib ki, yarışın birinci mərhələsinin qalibi olmaq çox gözəl hissdir.