MÜSAHİBƏ


İlqar Mönsümov: Avqustun əvvəlindən Ağalı kəndinə insanların köçürülməsinin ikinci mərhələsi başlayacaq

Ağalı kəndinə əhalinin köçürülməsinin birinci mərhələsi başa çatdı. Belə ki, bu gün Ağalıya dördüncü köç karvanı yola salındı. Daha 10 ailə - 58 nəfər yeni salınmış və ən müasir infrastrukturu olan kənddə onlara verilmiş evlərdə daimi məskunlaşacaq.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Zəngilan Rayon İcra Hakimiyyətinin Ağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçisi İlqar Mönsümov söyləyib.