MÜSAHİBƏ


Şahin Rəhmanlı: Qarabağın dirçəlişi işində gənclərimizin daha fəal çalışacaqlarına inanıram

Bugünkü forum kifayət qədər önəmlidir. Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) yaradılmasında məqsəd bu idi ki, xarici ölkələrdə təhsil alan tələbələr və artıq təhsilini başa vurmuş gəncləri bir araya toplamaq və onlar arasında əməkdaşlıq əlaqələrini yaratmaqdır. Təşkilat xaricdəki tələbələr üçün əsas kommunikasiya və informasiya portalı rolunu oynayır. Bununla da Azərbaycanın haqq işinə gənclərimizin töhfəsini vermək və onların həm ölkə, həm də ölkə xaricindəki fəaliyyətlərində aktivliyini təmin etməkdir.