MÜSAHİBƏ


Ərdoğan Kök: Azərbaycan “EXPO 2023” botanika sərgisində iştirak edərsə, onun guşəsi ən çox ziyarət edilənlərdən biri olacaq

EXPO sərgiləri ümumilikdə beynəlxalq səviyyəli və dünya əhəmiyyətli layihələrdir. Bu mənada Kahramanmaraş “EXPO 2023” botanika sərgisi təkcə Türkiyə üçün deyil. Onun əhatə dairəsi və faydalılığı böyük bir coğrafiyanı əhatə edəcəkdir. Əminliklə deyə bilərik ki, “EXPO 2023” Parkı nümunəvi imkanlara məxsus nadir layihə əsasında qurulan məkandır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə Xarici İşlər Nazirliyinin “EXPO 2023” botanika sərgisində beynəlxalq məsələlər üzrə müşaviri, səfir Ərdoğan Kök ifadə edib.