MÜSAHİBƏ


“Do Cotton Group” şirkətinin rəhbəri: Azərbaycan dünyada artıq pambıqçılıq ölkəsi kimi də tanınmağa başlayıb

Azərbaycanda iqtisadiyyatın bütün sahələri kimi pambıqçılıq çox böyük sürətlə inkişaf edir. Təsadüfi deyil ki, Azərbaycan artıq dünyada pambıqçılıq ölkəsi kimi də tanınmağa başlayıb. Azərbaycanda illik pambıq tədarükü bir milyon tona çatdırılacaq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən “Do Cotton Group” şirkətinin rəhbəri Mehmət Doğan bildirib.