MÜSAHİBƏ


Şabranda yanğın baş verən dağlıq ərazidə soyutma işləri aparılır

Şabran rayonunun Çuxurəzəmi kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində məhdudlaşdırılıb. Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Bu barədə AZƏRTAC-a Siyəzən Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Əkbər Muradov məlumat verib. Onun sözlərinə görə, dağlıq ərazidə baş verən yanğının söndürülməsi üçün əraziyə Şabranla yanaşı, Siyəzən, Xızı və Xaçmaz Dövlət Yanğından Mühafizə Bölməsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Bundan əlavə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da yanğının söndürülməsində iştirak edirlər.