Şuşada "ASAN xidmət" mərkəzinin gələn il fəaliyyətə başlaması gözlənilir
08.09.2022 [12:42]
Xəbərin mətni
Şuşada yaradılacaq "ASAN xidmət" mərkəzinin tikinti-təmir işləri gedir. Mərkəzin növbəti ildə fəaliyyətə başlaması gözlənilir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.