MÜSAHİBƏ


Erik Qozlan: Emmanuel Makron birtərəfli mövqeyi ilə sülhə nail ola bilməz

Fransa Prezidenti Emmanuel Makron bir tərəfi dinləməklə böyük səhvə yol verir. Bununla o, Azərbaycanın yanında etibar və etimadı itirir. Həmçinin Ermənistanın yanında da etibarı itirəcək. Belə birtərəfli dinləmə həll yolu deyil. Belə davranış sülhə apara bilməz. Quruculuq işlərinə sərmayə yatıran bir ölkənin niyyəti müharibə yox, sülhdür.Bu fikirləri Diplomatiya və Dialoq üzrə Beynəlxalq Şuranın direktoru və hökumət müşaviri Erik Qozlan AZƏRTAC-a müsahibəsində söyləyib.