MÜSAHİBƏ


Əhməd Urfalı: Şuşa türk dünyasının mühüm mədəniyyət mərkəzlərindəndir

Azərbaycan IV Dünya Köçəri Oyunlarında fəal iştirak etməklə həm Türkiyəyə güclü dəstək verdi, həm də idman nailiyyətlərini nümayiş etdirmək üçün yeni bir imkan qazandı. Ümumiyyətlə, türk dünyası bütün sahələrdə olduğu kimi idmanda da böyük birlik nümayiş etdirməkdədir. İdman tarixdə olduğu kimi müasir dövrdə də mədəni inteqrasiya üçün mühüm bir sahədir. Bu mənada Bursanın İznik rayonunda keçirilən IV Dünya Köçəri Oyunlarının nəticələrindən çox məmnunuq.