MÜSAHİBƏ


Xocavənddəki kütləvi məzarlıqda ayaqları bağlanmış azərbaycanlı hərbçilərin skeletləri tapılıb

Ermənilər tarix boyu xalqımıza qarşı misli görünməmiş qırğınlar törədiblər. Xocavəndin Edilli kəndində aşkarlanan növbəti məzarlıq da bunlardan biridir.Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbə rəisi Nuranə Hüseynova işğaldan azad edilən Xocavənd rayonunun Edilli kəndində aşkarlanan məzarlığa baxış zamanı deyib.