MÜSAHİBƏ


Ermənistan beynəlxalq hüquq normalarına zidd olaraq kütləvi məzarlıqların xəritəsini təqdim etmir

Biz bu gün növbəti dəfə Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətinin şahidi oluruq. Bu cür kütləvi qırğınlar təkcə Xocavənd rayonunun Edilli kəndində deyil, eyni zamanda, digər işğaldan azad edilmiş ərazilərdə də törədilib. Xocalıda, Ağdamda, Füzulidə də belə kütləvi məzarlıqlara rast gəlinməsi labüddür.Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında “Hüquqi təhlil və araşdırmalar” İctimai Birliyinin sədri Ramil İsgəndərli Xocavənd rayonunun Edilli kəndində aşkarlanan məzarlığa baxış zamanı deyib.