MÜSAHİBƏ


Dövlət Komissiyası: Edilli kəndində qazıntı işləri davam etdiriləcək

Dövlət başçısının tapşırığına əsasən, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə birlikdə fevral ayından əsr və itkin düşmüş vətəndaşların axtarışına başlamışdır.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Xocavənd rayonunun Edilli kəndində aşkarlanan məzarlığa baxış zamanı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun üzvü Namiq Əfəndiyev söyləyib.