MÜSAHİBƏ


Nazir: Türkiyənin silah istehsalı sahəsində böyük irəliləyiş əldə etməsi bizi sevindirir

İstanbulda “Saha Expo” Müdafiə və Aerokosmik Sərgisi yüksək səviyyədə təşkil olunub. Bildiyiniz kimi, bizim Türkiyə Silahlı Qüvvələri ilə çox sıx əməkdaşlığımız var. Xüsusilə qeyd etmək istəyirəm ki, son illərdə Türkiyə silah istehsalı sahəsində çox böyük irəliləyiş əldə edib. Bu, bizi sevindirir və türk qardaşlarımıza bu işlərdə uğurlar arzulayırıq.AZƏRTAC xəbər verir ki, bu fikirləri İstanbulda keçirilən “Saha Expo” Müdafiə və Aerokosmik sərgisində iştirak edən Azərbaycanın Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan mediasına açıqlamasında bildirib.