MÜSAHİBƏ


Fahrettin Altun: Otuz il həllini tapmayan problemi Azərbaycan özü həll etdi

Burada Qarabağ Zəfərinin ikinci ildönümü münasibətilə toplanmışıq. Tədbir çərçivəsində bu böyük, şanlı Zəfərə həsr olunan sərgini gəzdik. Sərgi çox qiymətli fotoşəkillərdən ibarətdir. Qarabağ Zəfərinin qürurunu bir daha bərabər yaşadıq.AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun İstanbulda Azərbaycanın şanlı Qarabağ Zəfərinin ikinci ildönümü münasibətilə keçirilən tədbirdə Azərbaycan mediasına açıqlamasında deyib.