CƏMİYYƏT
Cəbrayıl şəhərində Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başlayıb
25.11.2022 [16:51]
Xəbərin mətni
İşğaldan azad edilmiş Cəbrayıl şəhərində bu gün Ailə Sağlamlıq Mərkəzi (ASM) fəaliyyətə başlayıb.
TƏBİB-dən AZƏRTAC-a bildirilib ki, Ailə Sağlamlıq Mərkəzi TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun əmri ilə TƏBİB-in tabeliyindəki Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının tabeliyində yaradılıb.