MÜSAHİBƏ


“Qarabağın azadlığını Şuşanın azadlığı hesab etmişik” - Təbriz əsilli tədqiqatçı

Mən fəxr edirəm ki, Şuşa və Qarabağı görmək şərəfinə nail olmuşam. Şuşa bizim xatirələrimizdə yaşıl, abad şəhər kimi canlanıb hər zaman. Ermənilər çalışıblar ki, Azərbaycanın tarixini, izini silsinlər, desinlər ki, burada türk milləti, azərbaycanlı olmayıb. Ancaq Şuşa qalası o qədər əzəmətlidir ki, təxribatlar və vandalizmdən sonra belə öz qüdrətini qoruyub saxlamağı bacarıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Şuşada səfərdə olan hazırda Fransada yaşayan Təbriz əsilli yazıçı, tədqiqatçı Maşallah Rəzmi deyib.