MÜSAHİBƏ


Qarabağda su ehtiyatlarının bərpası 100 min hektardan çox sahənin suvarılmasını yaxşılaşdıracaq

İşğaldan azad olunmuş Qarabağ iqtisadi zonasında meliorasiya və su təsərrüfatı sahəsi üzrə tədbirlərin icrasına başlanılıb. İşlərin gerçəkləşməsi üçün müqavilələr bağlanılıb və təmir-bərpa işləri görülür.Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanov AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Qarabağda görülən işlər barədə məlumat verib.