MÜSAHİBƏ


Brüssel ravvinlərinin rəhbəri “Bakı Prosesi”nə görə Azərbaycan Prezidentinə təşəkkür edib

Tolerantlığı təşviq etmək, müxtəlif dinlərin nümayəndələrini bir araya gətirmək, onları görüşdürmək və bir-birinə tanıtmaq kimi vacib mövzuya həsr edilmiş konfransın təşkilatçılarına təşəkkürümü bildirirəm. Bu gün cəmiyyətdə zorakılığın artmasının özü sual doğurur. Zorakılıq niyə bu qədər artıb? Çünki bir-birini tanımamaq insanı özünə qapılmağa, zorakılığa aparır. Bir-birini tanımamaq cəmiyyətdə zorakılığın artması ilə nəticələnir.Bu fikirləri Brüssel ravvinlərinin rəhbəri və Avropa İslahatlar Mərkəzinin Avropa İttifaqı institutlarında nümayəndəsi ravvin Albert Gigi “Təhlükəsiz dünya naminə dinlər və mədəniyyətlərarası dialoqun təşviqi” mövzusunda konfransda AZƏRTAC-a müsahibəsində söyləyib.