MÜSAHİBƏ


Pinşa Qoldşmid: Azərbaycan Avropada tolerantlıqla bağlı qüvvələri bir araya gətirir

Azərbaycana ilk səfərim 1998-ci ildə Amerika Yəhudi İcmalarının rəhbərlərindən ibarət nümayəndə heyətinin tərkibində olub. Həmin il Amerika yəhudiləri ilə birlikdə Bakıda olduq və yerli yəhudi icmasının üzvləri ilə görüşdük. Bu səfər çərçivəsində Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevlə görüş mənə böyük təəssürat bağışladı.
Bu fikirləri Avropa Ravvinləri Konfransının prezidenti, Avropada Təhlükəsizlik və Dini Azadlıq İnstitutunun təmsilçisi Pinşa Qoldşmid (Pinchas Goldschmidt) AZƏRTAC-a müsahibəsində söyləyib.