MÜSAHİBƏ


Şuşa Günləri iki şanlı keçmişin, tarixin, zəfərlərin görüşüdür - Günay Əfəndiyeva

Bursada keçirilən Şuşa Günlərində iki qədim şəhər - Bursa və Şuşa görüşdü, birləşdi. Bu, iki şanlı keçmişin, şanlı tarixin, zəfərlərin vəhdətidir. Bu təşəbbüs vaxtilə ulu öndərimiz Heydər Əliyev tərəfindən söylənilən və artıq kəlama çevrilən “Bir millət, iki dövlət” fəlsəfəsinin bariz nümunəsidir.Bu fikirləri AZƏRTAC-a müsahibəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bildirib.