MÜSAHİBƏ


Türkiyə-Azərbaycan münasibətləri Şuşa Bəyannaməsi ilə ən yüksək zirvəyə qalxdı

Bu gün qardaş Azərbaycanın görkəmli siyasi və dövlət xadimi Ulu Öndər Heydər Əliyevin anım günüdür. Onun əziz xatirəsini dərin ehtiramla yad edirik, ruhu şad, məkanı cənnət olsun. Şübhəsiz, Ümummilli Lider Azərbaycanın müstəqilliyinin yenidən qazanılmasında əməyi olan rəhbəridir. Ulu Öndəri Azərbaycan-Türkiyə əlaqələrini başladan, sağlam, sarsılmaz körpüləri “Tək millət, iki dövlət” şüarı ilə inşa edən bir lider olaraq xatırlayırıq. Onun siyasi yolunu bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev Türkiyə-Azərbaycan əlaqələrini daha da yüksək səviyyəyə qaldırıblar.AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı söyləyib.