ELM VƏ TƏHSİL


Gəncədə Aqrar Startaplar Forumu keçirilib

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Aqrar İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə Gəncədə Aqrar Startaplar Forumu keçirilib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, forumun keçirilməsində məqsəd aqrar innovasiyaların fermerlər, sahibkarlar və gənclər arasında təbliği və təşviqi, regionlarda aqrar startapların inkişafı, rəqəmsal texnologiyalardan istifadə etməklə aqrar sahədə məhsuldarlığın yüksəldilməsinə dəstək olmaqdır.