MÜSAHİBƏ


İşğaldan azad edilmiş ərazilərdə 200-ə yaxın təhsil müəssisəsi tikiləcək

İşğaldan azad edilmiş ərazilərdə 200-ə yaxın ümumtəhsil və məktəbəqədər təhsil müəssisəsinin tikilməsi nəzərdə tutulur. Eyni zamanda, 8 texniki peşə və orta təhsil müəssisəsi, xarici universitetlərin Azərbaycanda yerli filiallarının yaradılması və xəstəxanaların tikintisi nəzərdə tutulur. AZƏRTAC xəbər verir ki, bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı jurnalistlərə müsahibəsində söyləyib.