MÜSAHİBƏ


Səfirliyimizin əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsində İrana etibarımız yoxdur

Hər hansı ölkədə diplomatik nümayəndəliyin fəaliyyətini dayandırması çox ciddi məsələdir. Biz İran tərəfinin nəzərinə çatdırmışıq ki, səfirliyimizin əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsində İrana etibarımız yoxdur. AZƏRTAC xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov yanvarın 29-da jurnalistlərə açıqlamasında söyləyib.