MÜSAHİBƏ


Beş-on il sonra buraya qayıdacağam – yenilikləri görmək üçün - Danimarkalı səyyah

Azıx mağarasına ilk dəfədir gəlirəm. Buraya gəlib çıxmaq çətin olsa da, maraqlıdır, məkan gözəldir. Qarabağda olduğumuz müddətdə burada yaşayış üçün evə rast gəlmədik. Evlərin çoxu dağıldığı üçün ailələr yaşamaq üçün buraya köçə bilmirlər. Təbii ki, işğaldan azad edilmiş ərazilərdə mütləq yeni işlər görmək lazımdır. Çünki bu işlər hadisələri başqa tərəfdən görməyə, buraların əvvəllər necə olduğunu təsəvvür etməyə imkan verəcək. İndi insanlarla danışıb burada baş verənlər haqqında məlumat alırıq. Bir müddətdən sonra gəlib buraları görmək çox maraqlıdır.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında danimarkalı səyyah Magnus Sejersen Nielsen söyləyib.