MÜSAHİBƏ


Cibindən ərəb dilində yazı çıxan əlcəzairli dərhal güllələnirdi - Əlcəzairli tarixçi danışır

Hamımız - Parisdəki Əlcəzair assosiasiyaları, tarixçilər, dostlarımız Fransadan özünün törətdiyi “dövlət cinayət”ini tanımasını tələb edirik. Biz Bezon körpüsü üzərində əlcəzairlilərə qarşı dəhşətli qırğını məhz “dövlət cinayəti” adlandırırıq, çünki bu qətliamın törədilməsinə fransız prefekti göstəriş verib. Prefekt isə özbaşına əmr verər bilməz, deməli, ondan yüksəkvəzifəli dövlət məmurundan göstəriş alıb.Bəs Fransa Prezidenti Emmanuel Makron nə edib? Makronun əsas problemi odur ki, o, bir sözün üzərində durmur. Yəni, səhər durub deyir ki, “bəli, sizinlə razıyam”, axşam isə fikrini dəyişir və “yox” deyir.Bu fikirləri Əlcəzair əsilli fransız dramaturq, “Les Oranges” mədəniyyət assosiasiyasının təsisçisi M’hamed Kaki AZƏRTAC-a müsahibəsində deyib.