CƏMİYYƏT


Cəbrayıldakı Ailə Sağlamlıq Mərkəzində indiyədək 300-dən çox vətəndaşa tibbi xidmət göstərilib

İşğaldan azad edilmiş ərazilərdə digər sahələrlə yanaşı, tibbi xidmətlərin təşkili də diqqətdə saxlanılır. Şuşa şəhərində modul tipli xəstəxana, Zəngilan rayonunun Ağalı kəndində, Hadrut qəsəbəsində və Cəbrayıl şəhərində Ailə Sağlamlıq mərkəzləri fəaliyyət göstərir.