MÜSAHİBƏ


İşçi qruplar praktikliyi təmin etmək üçün iclaslarını işğaldan azad olunmuş ərazilərdə keçirəcəklər - Nüsrət Süleymanov

Prezidentin Sərəncamına əsasən yaradılan Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı iki ildən çoxdur ki, bu ərazilərdə fəaliyyətini davam etdirməkdədir. Ötən müddət ərzində Qərargahın çoxsaylı iclasları keçirilib. Bu iclaslar zamanı işğaldan azad olunan ərazilərdəki müvafiq məsələlər - qayıdış, məşğulluq, dayanıqlı məşğulluğun təmin olunması, torpaq islahatları və s. ətraflı şəkildə müzakirə olunub. Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərdə bütün işlər Prezident İlham Əliyevin rəhbərliyi və nəzarəti ilə həyata keçirilir.