Azərbaycan azad edilmiş ərazilərdə çox böyük və əhəmiyyətli işlər görür - Küveytli jurnalist
04.03.2023 [18:14]
Xəbərin mətni
Mən azad edilmiş ərazilərə ilk dəfədir gəlirəm. Lakin Azərbaycana beşinci səfərimdir. Həmçinin Bakıya, Qubaya və Qəbələyə də səfər etmişəm. Azərbaycanı çox bəyənirəm.
Bunu AZƏRTAC-a məxsusi müsahibəsində Füzulidə səfərdə olan əlcəzairli əsilli küveytli jurnalist Samira Frimş söyləyib.