Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cəlilabada güclü dolu yağıb, meyvə ağaclarına ziyan dəyib

21.04.2023 [22:46]

Xəbərin mətni

Cəlilabada güclü dolu yağıb, meyvə ağaclarına ziyan dəyib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dolu əsasən rayonun bir neçə kəndinə düşüb.
Təqribən bu gün axşam saat 19:05 radələrindən etibarən yağmağa başlayan dolu 7 dəqiqəyə yaxın güclü yağışla davam edib.
Bundan əlavə, güclü külək Cəlilabad rayonunu işıqsız da qoyub.