Azərbaycan Dövlət İnformasiya Agentliyi

Laçın Xankəndi yolundakı sərhəd buraxılış məntəqəsi işıqlandırıldı

24.04.2023 [01:10]

Xəbərin mətni

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsi “Azərişıq” ASC tərəfindən elektrik enerjisi ilə təmin olunub.
Bu barədə AZƏRTAC-a “Azərişıq” ASC-dən məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, işğaldan azad olunmuş ərazilərdə strateji əhəmiyyətli obyektlər, hərbi hissələr və sərhəd zastavaları fasiləsiz elektrik enerjisi ilə təchiz edilib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI