MÜSAHİBƏ


Kubanıçbek Taabaldiyev: Prezident İlham Əliyev düzgün siyasi kursla irəliləyir

Şuşa Qlobal Media Forumu çox vacibdir və vaxtında keçirilib. Ümid edirəm ki, Prezident İlham Əliyevin dediyi kimi, Forum, hər il keçiriləcək. Çünki bu, Azərbaycan, xüsusilə də işğaldan azad olunmuş ərazilərin bərpasında potensialın gələcək nümayişi üçün mühüm əhəmiyyət kəsb edir. Burada, demək olar ki, dünyanın hər yerindən kütləvi informasiya vasitələrinin nümayəndələri toplaşıb. Bu, Azərbaycanın istiqamətləndiyi real məqsədi göstərmək üçün böyük rol oynayır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qırğızıstanın media eksperti Kubanıçbek Taabaldiyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda jurnalistlərə açıqlamasında söyləyib.